Saat 05:40-da XƏBƏR gəldi - Dünyanın diqqəti oradadır

 11:00 14.02.2020     1542

Koronavirusa yoluxanların sayı 64 min 437-yə çatıb.

Redaktor.az xəbər verir ki, son gündə 121 nəfər bu virusun qurbanı olub. Koronavirusa rəsmi olaraq 26 ölkədə yoluxanlar qeydə alınıb.

Beynəlxalq xəbər agentlikləri səhər saat 05:40-da "son dəqiqə" başlığı ilə yeni qurbanların olduğu haqda xəbərlər dərc ediblər.

Qorxulu məqam budur ki, son gün 5 090 insanda bu virusun əlamətləri aşkarlanıb. Əksər ölkələr Çindəki vətəndaşlarını təxliyə etmək üçün tədbirlər görür.

Son olaraq Kamboca öz vətəndaşlarını Çindən çıxarıb.

Orxan İsmayıl / Redaktor.az