Avtoqəzada qazel yanıb, altı nəfər ölüb

 13:00 14.02.2020     917

Rusiyanın Tambov vilayətində “QAZel” markalı avtomobilin yük maşını ilə qarşı-qarşıya toqquşması nəticəsində altı nəfər ölüb.

Redaktor.az-ın RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, qəzada ölənlər “QAZel”-in sürücüsü və sərnişinləridir. Yük avtomobilinin sürücüsü müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, qəzanın səbəbi araşdırılır.

İlkin versiyaya görə, qəza “QAZel” markalı nəqliyyat vasitəsinin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq qarşı yol çıxması nəticəsində baş verib.  

Zərbənin təsirindən “QAZel” yanıb, avtomobildəkilər hamısı yerində ölüb. //APA