Ginekoloqun kabinetinə gizli kamera quraşdırdılar - Elə bir şey oldu ki...

 22:17 14.02.2020     1454

Pasiyentlərin biri USM müayinəsi zamanı kameranı görüb.

Redaktor.az bildirir ki, Kalininqrad şəhər sakini Yekaterina Serebrennikova prokurorluğa müraciət edib.

O, kabinetdə videokamera olduğunu soyunan zaman görüb, halbuki ginekoloq kabinetində kamera olmamalıdır və bu barədə ona məlumat verilməyib:

"Bu müayinə kifayət qədər intimdir, bunu üçüncü bir insan görməməlidir. Mən hüquqşünasla məsləhətləşdim, onlar da bildirdi ki, bu qanunsuzdur".

Şəhər səhiyyə şöbəsi və qadın məsləhətxanası biıdirib ki, onlar pasiyentlərin hüquqlarını pozmur və qadın məsləhətxanası intim fərdi zona deyil.