31 yaşlı kişi anasının qatili oldu

 00:12 15.02.2020     1653

Türkiyənin Kocaeli şəhərinin Kandıra rayonunda psixi pozuntulardan əziyyət çəkən 31 yaşlı Emrah. D anası Fatma D.-ni ev tüfəngi ilə qətlə yetirib. 

Redaktor.az-ın məlumat verir ki, hadisə gecə saat 04:00 radələrində baş verib. Atəş səsinə oyanan qonşular dərhal təcili tibbi yardım xidmətinə zəng ediblər.

64 yaşlı qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.  

Hüquq-mühafizə orqanları qətli törədən şəxsi saxlayıb.