Koronavirus Afrikaya çatdı

 04:30 15.02.2020     1417

Misirdə koronavirusun yeni növünə (COVID-2019) ilk yoluxma hadisəsi qeydə alınıb.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nаzirliyi məlumat yayıb.

Nazirliyin rəsmi nümayəndəsi Xaled Muqahed bildirib ki, xarici ölkədən gələn əcnəbinin analiz cavabları müsbət olub:

“Yoluxmuş şəxsin vəziyyəti stabildir, xəstəliyin əlamətləri yoxdur, 14 günlük karantinə yerləşdirilib”.

Onun hansı ölkənin vətəndaşı olduğu barədə məlumat verilməyib. //Report.az