Koronavirus bu ölkədə də can aldı

 16:50 16.02.2020     4732

Tayvanda koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Çin Dövlət Televiziyası məlumat yayıb.

Məlumata görə, bu yaxınlarda adanın xaricinə səyahət edən 60 yaşlı kişi koronavirusun qurbanı olub.

Hazırda Tayvanda bu virusa yoluxanların sayı 20-dir. //Axar.az