Qorxulu XƏBƏRLƏR gəlir - Ölənlərin sayı durmadan artır

 10:45 17.02.2020     814

Çində meydana çıxan koronavirusdan ölənlərin sayı 1775-ə yüksəlib.

Redaktor.az-ın xəbərinə görə, Honq-Konq, Tayvan, Fransa, Yaponiya və Filippində də ölüm faktı qeydə alınıb.

Çin Milli Səhiyyə Təşkilatı ötən gün sözügedən virusdan daha 105 nəfərin öldüyünü açıqlayıb. Ölümlərin hamısı Hubeydə olub.

Bununla yanaşı, 10 min 844 xəstənin sağaldığı bildirilib.