Koronavirus

Antarktidada istilik rekord həddə çatıb - FOTO

 10:17 21.02.2020     6077

Tədqiqatçılar yarımadanın sahillərində 20,75 S istiliyi müəyyən etdikdən sonra, ilk dəfə temperatur 20 S-ni keçib. Braziliyalı alimlər bu günə qədər Antarktidada bu cür yüksək istilik görmədiklərini söyləyiblər.

Redaktor.az BBC-yə istinadən xəbər verir ki, BMT-nin Ümumdünya Meteoroloji Təşkilatına görə, Antarktida yarımadasında son 50 il ərzində temperatur demək olar ki, 3 S artıb və qərb sahillərindəki buzlaqların təxminən 87%-i həmin dövrdə "kiçilib". Son 12 ildə buzlaqlar "sürətli kiçilmə" nümayiş etdirib.

Adalar və okeanları əhatə edən bütün Antarktika bölgəsi üçün əvvəlki rekordu 19,8 S olub. Bu isə 1982-ci ilin yanvarında qeydə alınıb. Lakin bu ilin yanvarı Antarktidada rekord isti yanvar kimi tarixə düşüb.

Sevda Ulutau / Redaktor.az

1

1