Bu şəxslərin Rusiyaya girişinə qadağa qoyuldu - Geri qaytarılacaqlar

 22:15 18.02.2020     1929

Fevralın 20-dən etibarən Rusiyaya Çin vətəndaşlarının girişinə qadağa qoyulacaq.

Redaktor.az-ın məlumatına əsasən, bu haqda "Reuters" agentliyi məlumat yayıb. Rusiyada koronavirusla bağlı təhlükəni araşdıran xüsusi qrupla toplantı keçirən prezidentin köməkçisi Tatyana Qolikova təhsil və turizm məqsədilə gəlmək istəyən Çin vətəndaşlarının ölkəsinə buraxılmayacağını açıqlayıb.

Qeyd edək ki, Rusiya fevralın 3-də koronavirus təhlükəsindən dolayı Çinlə dəmiryolu əlaqəsini kəsib.

Ölkədə bu səpkidə tədbirlər gücləndirilib.