Pələng turistlərlə dolu avtobusa hücum etdi - VİDEO

 08:55 20.02.2020     3632

Hindistanın Çhattisqarh ştatının cəngəlliklərində pələng yoldan keçən avtobusa hücum edib.

Redaktor.az xəbər verir ki, yırtıcı heyvanın diqqətini avtobusun arxasında sallanan pərdə cəlb edib.

Dişləri ilə pərdəyə yapışan pələng onu qoparmağa çalışıb.

Sonra isə qorxmuş turistlərlə dolu avtobus uzaqlaşmağa başlayıb.

Pələng bir müddət avtobusu təqib etsə də, sonra bu niyyətindən əl çəkib. //Oxu.az

Vumart və Güvən reklamı Vumart Güvən