Almaniya: Nargilə kafeyə silahlı hücum - Ölənlər və xəsarət alanlar var

 09:48 20.02.2020     3171

Almaniyada nargilə kafeyə silahlı hücum olub.

Redaktor.az xəbər verir ki, hadisə Hessen əyalətindəki Hanau qəsəbəsində baş verib. Ölənlər və xəsarət alanların olduğu bildirilir.

Həyatını itirənlərdən 5-i Türkiyə vətəndaşıdır. Yaralılardan əksəriyyətinin vəziyyəti ağırdır.

Polis ərazini nəzarətə götürüb. Saxlanılanlar var.