İngiltərə 30 il sonra mavi pasporta geri dönür

 19:30 22.02.2020     1209

Avropa Birliyindən ayrılan İngiltərə qırmızı pasportdan mavi pasporta geri dönəcək.

Redaktor.az xəbər verir ki, İngiltərə Daxili İşlər Nazirliyi məlumat yayaraq bildirib ki, mart ayından etirabən ölkə vətəndaşları mavi pasport istifadə edəcək.

İngiltərə vətəndaşlarına 1921-ci ildən mavi pasport vermişdi. 67 il sonra isə AB-nə üzv olduqları üçün qırmızı pasporta keçmişdilər.

Ölkənin daxili işlər naziri Priti Patel mavi pasporta keçidlə ölkənin milli kimliyinə yenidən qayıdacağını bildirib.

Güney / Redaktor.az