Kilsə ayininə qatılanlar koronavirusa yoluxdu

 19:55 22.02.2020     1529

Cənubi Koreyada koronavirusa yoluxanların sayı 346 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, virusa yoluxanların sayının qısa müddətdə çoxalmasına səbəb Şinçeonji kilsəsində keçirilən bir ayinə qatılmaları olub.

Cənubi Koreya mətbuatı “31 nömrəli xəstə” olaraq qeydə alınmış 61 yaşlı koronavirus daşıyıcısı qadının kilsə ayininə qatıldığını və ayinə qatılan 142 nəfərə də bu virusu yoluxdurduğunu yazıb.

Güney / Redaktor.az