KORONAVİRUS: Xəbərlər çox pisdir - Səhiyyə Nazirliyi açıqladı

Çinin Səhiyyə Nazirliyi koronavirusun yayıldığı Hubey əyalətində daha 398 yoluxma və 149 ölüm hadisəsinin olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, virusun episentri olan Hubey əyalətində yoluxanların 64287-yə çatdığı açıqlanıb.
Əyalətin paytaxtı Uhanda bazar günü 348 yeni yoluxma, 131 ölüm hadisəsi aşkarlanıb. Ümumilikdə, şəhərdə 46607 yoluxma və 1987 ölüm hadisəsi qeydə alınıb.
Bazar günü müalicə edildikdən sonra 1439 xəstə evə buraxılıb. Sağalaraq evə buraxılan xəstələrin ümumi sayı isə 16738 nəfərdir.
Sevda Ulutau / Redaktor.az