Sabiq prezident vəfat edib

 15:35 25.02.2020     1517

Misirin sabiq prezidenti Məhəmməd Hüsnü Mübarək dünyasını dəyişib.

Redaktor.az-ın məlumatına görə, 91 yaşlı keçmiş prezident bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, Misirin 4-cü prezidenti olan H.Mübarək 1981-ci ildən 2011-ci ilə kimi ölkəyə rəhbərlik edib. H.Mübarək “ərəb baharı” inqilabı zamanı devrilmiş, daha sonra bir neçə ittihamla ömürlük həbs cəzasına məhkum edilmişdi. 2017-ci ildə Misirin Ali Məhkəməsi keçmiş dövlət başçısına bəraət verib.