Misirdəki Azərbaycan səfirliyində "qaynar xətt" yaradıldı

 06:07 17.03.2020     510

Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyi bu ölkədə yaşayan vətəndaşlarımız üçün “qaynar xətt” yaradıb.

Səfirlikdən Redaktor.az-a verilən məlumata görə, Misirdəki diplomatik missiyamızda bu ölkədə yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan vətəndaşları üçün 24 saat açıq olan “qaynar xətt” ( +20 1029490486) yaradılıb.

Misirdə fəaliyyət göstərən diaspor təşkilatı da "qaynar xətt"lə əlaqədar Qahirə universitetlərində təhsil alan tələbələri məlumatlandırıb.