Koronavirusla bağlı son göstəricilər

 12:09 17.03.2020     778

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla bağlı martın 17-nə olan son statistik məlumatları və risk göstəricilərini yayımlayıb.

Redaktor.az-ın məlumatına görə, təsdiqlənmiş yoluxma hallarının sayı artıb.

Belə ki, dünya üzrə yoluxma sayı ümumilikdə 162 ölkə/ərazi üzrə 182 742 nəfərdir. Son yoluxma sayı 290 nəfərdir. Onların içərisində 7 174 şəxs artıq ölüb. Bu günə qədər virus infeksiyasından 79 883 şəxsin sağaldığı qeydə alınıb. Statistikaya əsasən, onlardan 1 300 nəfər yeni sağalanlardır.