Türkiyədə karantinə alınanların sayı 10 minə çatır - RƏSMİ

 01:28 20.03.2020     916

Türkiyənin Daxili işlər naziri Süleyman Soylu yerli jurnalistlərin koronavirus karantini ilə bağlı suallarını cavablayıb.

Redaktor.az-ın “Haber Global”a istinadən məlumatına görə, Soylu hazırda 9800 nəfərin karantində olduğunu təsdiqləyib.

O bildirib ki, karantinə alınanların əksəriyyəti xarici ölkələrdən Türkiyəyə gələnlərdir. Həmin şəxslər 14 günlük karantinə alınır. 14 gün ərzində onlarda heç bir xəstəlik aşkar edilməsə, evlərinə buraxılırlar. //Oxu