Koronavirusun yeni ehtimal olunan episentri açıqlandı

Koronavirusun yeni ehtimal olunan episentri açıqlanıb.
Redaktor.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Marqaret Harris açıqlama verib.
Onun sözlərinə görə, bu, ABŞ ola bilər:
“Hazırda ABŞ-da yoluxanların sayında sürətli artım müşahidə edilir. Deməli, onların, doğrudan da, belə potensialı var”.
Son məlumatlara görə, ABŞ-da 54893 yoluxma faktı qeydə alınıb. Yoluxanlardan 783-ü ölüb, 348-i sağalıb. //Oxu.az