Həkim koronavirusa yoluxub, klinika bağlanıb - Gürcüstan

 11:14 25.03.2020     500

Gürcüstanda klinikalardan birində ultrasəs müayinəsi həkimində yeni növ koronavirusa (COVİD-19) yoluxma halı qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstanın “Mtavari arxi” telekanalı məlumat yayıb.

Bildirilib ki, həkim martın 14-də ABŞ-dan Gürcüstana qayıdıb və iki gün boyunca xəstələri qəbul edib. Bundan başqa onun klinikanın 140-dan çox əməkdaşı ilə təmasda olduğu müəyyən edilib.

Faktla əlaqədar klinikanın fəaliyyətinin dayandırılıb. //APA