Böyük Britaniya Şahzadəsi Çarlz koronavirusa yoluxub

Böyük Britaniya Krazliçasının vəliəhdi, Şahzadə Çarlzın koronavirus testi pozitiv çıxıb.
Redaktor.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə saray rəsmiləri bəyanat yayıb. Bəyanatda bildirilir ki, Şahzadədə xəstəliyin simptomları aşkar olunub. Ancaq xoşbəxtlikdən simptomlar zəifdir.