İŞİD Əfqanıstanda terror törətdi - Ölən və yaralılar var

Əfqanıstanın paytaxtı Kabildə silahlı şəxslər məbədə hücum edib.
Redaktor.az bildirir ki, azı üç intiharçı terrorçu məbəddə ayin davam edərkən binaya daxil olub.
Hücum nəticəsində 1 nəfər həlak olub, 15 nəfər xəsarət alıb. İtkilərin sayının artacağı ehtimal olunur.
Qeyd olunur ki, təhlükəsizlik qüvvələrinin əməliyyatı nəticəsində hücum edənlər zərərsizləşdirilib.
Hücumla bağlı məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.