Ukraynada fövqəladə vəziyyət elan edildi
Ukraynada bütün ölkə ərazisində fövqəladə vəziyyət rejimi elan edilib.
Redaktor.az bildirir ki, bunu ölkənin Baş Naziri Denis Şmıqal hökumətin iclasında bəyan edib.
Fövqəladə rejim aprelin 24-nə qədər davam edəcək.
Şmıqal ehtiyac olacağı təqdirdə fövqəladə vəziyyət müddətinin uzadıla biləcəyini istisna etməyib.













