Koronavirus İspaniyanı çıxılmaz vəziyyətə saldı - NATO-dan kömək istədilər

 19:43 25.03.2020     1347

İspaniyada bir gün ərzində 783 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkə Covid-19 qurbanlarının sayına görə Çini keçib.

Redaktor.az bildirir ki, yerli "El Pais" qəzeti İspaniyanın NATO-dan tibbi avadanlıqlar istəməsi ilə bağlı xəbər yayıb. Lakin NATO-dan verilən cavabda beynəlxalq ittifaqın tibbi ləvazimatlarının olmadığı öz əksini tapıb.

Yardımın müttəfiq ölkələr tərəfindən ediləcəyi qeyd olunub.

İspaniyanın Səhiyyə Naziri Salvador İlla gərgin həftə keçirdiklərini, virusun öhdəsindən gələ bilmək üçün çalışdıqlarını söyləyib.