Koronavirus

Moskvada 2 nəfər koronavirusdan öldü

 21:16 25.03.2020     607

Moskvada iki nəfər koronavirus infeksiyasının yaratdığı xəstəlikdən dünyasını dəyişib.

Redaktor.az bildirir ki, bu barədə Moskvada yaradılmış Operativ Qərargahın “Telegram” kanalında qeyd olunub.

Bildirilir ki, həmin şəxslər 88 və 73 yaşlarında olub. Onlarda pnevmoniya və bənzər patologiyalarda xəstəliklərin olduğu təsdiqlənib.