Koronavirus

Məşhur opera ifaçısı da koronavirusa yoluxub

 08:17 26.03.2020     552

İspaniyalı məşhur opera ifaçısı Plasido Dominqo koronavirusa yoluxub.

Redaktor.az xəbər verir ki, bu barədə 79 yaşlı sənətçi sosial şəbəkədə bildirib.

Öskürək və titrəmə simptomlarından sonra analiz verən Dominqo test nəticələrinin pozitiv çıxdığını etiraf edib.

Hazırda özünü yaxşı hiss edən müğənni ailəsi ilə birlikdə karantindədir.