Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

 23:20 25.03.2020     433

Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 75 nəfərə çatıb.

Redaktor.az bildirir ki, koronavirusdan 10 nəfər sağalıb, hazırda 4 mindən atıq insan karantindədir, 252 nəfər isə xəstəxanalarda həkim nəzarətində saxlanılır.

Qeyd edək ki, koronavirusun yayılması səbəbilə Gürcüstanda aprelin 21-dək fövqəladə vəziyyət rejimi tətbiq edilib.