Koronavirus

Gürcüstanda koronavirusa yoluxanların sayı 77 nəfərə çatıb

 11:29 26.03.2020     943

Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 77 nəfərə çatıb. 

Redaktor.az-ın xəbərinə görə, bu barədə Tbilisi İnfeksion xəstəliklər xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, ölkə üzrə karantində 4055, stasionar müalicədə isə 252 nəfər var, virusa yoluxmuş şəxslərdən 10-u artıq sağalıb.

Xatırladaq ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib. //APA