Koronavirus

Kral və kralıça karantinə alındı

 12:55 26.03.2020     657

Malayziya kralı sultan II Abdullah Riyatuddin əl-Mustafa və kralıça Əzizə Aminə Maymun İskəndəriyə koronavirus testindən keçdikdən sonra karantinə alınıb.

Redaktor.az bildirir ki, məlumatı Kral sarayının bürosu yayıb.

Bildirilib ki, kral sarayında işləyən 7 nəfərdə virus aşkar edildikdən sonra kral və kralıçada testdən keçirilib: “Onların testinin nəticəsi mənfi olsa da, bununla belə martın 25-dən kral və kralıça 14 gün karantində saxlanılacaq”.

Qeyd edək ki, pandemiyay başlayandan Malayziyada 1 796 nəfər koronavirusa yoluxub, onların 21 nəfər ölüb, 199-u isə sağalıb. Kütləvi yoluxma fevralın 27-dən martın 3-dək ölkə paytaxtı Kuala-Lumpurdakı məscidlərdən birində keçirilən mərasimdə baş verib. Həmin mərasimdə 16 min nəfər iştirak edib.