Koronavirus

Rusiyada koronavirusa yoluxanların sayı 840 nəfərə çatdı

 14:20 26.03.2020     996

Rusiyada bir gündə 182 insana koronavirus diaqnozu qoyulub.

Redaktor.az bildirir ki, bu barədə “Meduza” Rusiya Federasiyasının koronavirusla mübarizə ilə əlaqədar operativ qərargahına istinadən xəbər verir.

Yoluxma halları ölkənin 56 bölgəsində 840 nəfərdə aşkarlanıb.

İnfeksiyaya ən çox yoluxma Moskvada müəyyən edilib - 136 nəfər.

Qərargah Moskvada koronavirus nəticəsində ilk iki ölüm hadisəsini təsdiqləyib.

Rusiyada, ümumilikdə, koronavirusa yoluxan 38 nəfərin sağaldığı bildirilir. //Oxu.az