Koronavirus

ABŞ-ın təyyarə daşıyan gəmisində KORONAVİRUS HƏYƏCANI

 23:19 26.03.2020     823

ABŞ donanmasına məxsus "Ruzvelt" gəmisində koronavirusa yoluxanların sayı artmaqdadır.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Tomas Modli məlumat verib. O qeyd edib ki, gəmidə  yeni yoluxmaların sayı haqda dəqiq məlumat açıqlaya bilməz. 

"Qərara almışıq ki, gəmi Quamaya yaxınlaşdığı zaman bütün heyətin koronavirus testindən keçirilsin", - deyə Tomas Modli əlavə edib. 

Qeyd edək ki,  USS Teodor Ruzvelt (CVN-71), Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrində Nimitz səviyyəli dördüncü nüvə gücünə sahib təyyarə daşıyıcısıdır. O, ABŞ-ın 26-cı prezidenti Teodor Ruzveltin şərəfinə adlandırılıb. Gəmidə 5000-ə yaxın insan var.

Sevda Ulutau / Redaktor.az