Fransada koronavirusdan ölənlərin sayı 1 696 nəfərə çatdı

 08:30 27.03.2020     851

"Fransada koronavirusa yoluxanların sayı demək olar ki, son gündə 4 min artıb və hazırda 29155-ə çatıb".

Redaktor.az bildirir ki, bunu cümə axşamı ölkənin Səhiyyə İdarəsinin rəhbəri Jerom Salomon brifinqdə söyləyib.

O qeyd edib ki, virusdan ölənlərin sayı 1669 nəfərdir: "Hazırda xəstəxanalarda 13904 xəstə müalicə alı, onlardan 3755-i reanimasiyadadır".