Gürcüstanda koronavirusdan sağalanların sayı artdı

 05:20 27.03.2020     282

Gürcüstanda 11-ci pasiyent koronavirusdan sağalıb.

Redaktor.az bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Məlumata görə, ölkədə karantində 4 427, stasionar nəzarətdə isə 257 nəfər saxlanılır.

Qeyd edək ki, bu günə qədər Gürcüstanda COVID-19 infeksiyasına 79 nəfər yoluxub. Hazırda aktiv virus daşıyıcılarının sayı 68 nəfər təşkil edir. // Report