Venesuelada koronavirusdan ilk ölüm qeydə alınıb

 09:04 27.03.2020     911

Venesuelada koronavirusa yoluxan xəstələrdən ilk ölüm hadisəsi qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin vitse-prezident Delsi Rodriguez Karakasda çıxışı zamanı bildirib. 

Ölən şəxsin Araqua ştatının 47 yaşlı sakini olduğunu deyən vitse-prezident onun ailəsinə və yaxınların başsağlığı verib.

Qeyd edək ki, Venesuelada koronavirusa yoluxma ilk dəfə martın 13-də təsdiqini tapıb. Martın 17-də prezident Nikolas Maduro respublika daxilində karantin tətbiq edilməsi barədə qərar elan edib. 

Xatırladaq ki, hazırda ölkədə virusa yoluxanların ümumi sayı 107 nəfərdir. //APA