Cənubi Koreyada koronavirusa yoluxanların sayı artıb

 09:35 27.03.2020     1140

Ötən gün ərzində Cənubi Koreya koronavirusa 91 yoluxma hadisəsi və xəstəlikdən 384 sağalma qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi yanında Xəstəliklərin Profilaktikası və Nəzarəti üzrə Mərkəzi bildirib.

Qeyd edilir ki, bununla da ölkədə xəstəliyə yoluxanların ümumi sayı 9 332 nəfərə çatıb, 139 nəfər COVID-19 infeksiyasının qurbanı olub.

Məlumata görə, ötən gün daha 8 nəfər virusdan ölüb, sağalan 384 nəfər xəstəxanalardan evə buraxılıb. Hazırda ölkədə koronavirusdan sağalanların ümumi sayı 4 528 nəfərə çatıb.

Cənubi Koreyada 15 219 nəfərin koronavirus analizləri yoxlanılır. //Report.az