Koronavirus

Koronavirusla bağlı son STATİSTİKA

 09:33 27.03.2020     365

Dünyada koronavirusa yoluxanların sayının 532 692 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu dəhşətli virusdan ölənlər isə 24.000 nəfərdən çoxdur.

Yoluxma sayına görə ABŞ dünyada birinci yerdə durur. Ölkədə durmadan artan yoluxma bu dəqiqələrdə rəsmi məlumatlara görə, 86 043 nəfərə çatıb. Xəstəlikdən ölənlər isə 1300 nəfərdən çoxdur.

Virusun tuğyan etdiyi İtaliyada 80 589 nəfər COVİD – 19-dan əziyyət çəkir. Ölüm sayı isə rekord həddə 8215 nəfərə yüksəlib.
İspaniyada isə bu səbəblə dünyasını dəyişənlər 4 365 nəfər olub.

Fransada yoluxma sayı 29 566, vəfat edənlərin sayı isə1 696 nəfərə yüksəlib.

İranda bu saatda koronavirusdan ölənlər 2 234 nəfərdir.

Digər ölkələrdə isə ölüm sayı İngiltərə - 580, Türkiyədə də bu rəqəmlər artaraq 75 nəfər olub. Yoluxma sayı isə 3 629 nəfərdir. //Ölkə.az