Koronavirus

Pandemiya barədə 2007-ci ildən xəbərdarlıq edilibmiş - FOTO

 10:45 27.03.2020     796

Çinli alimlər 13 il əvvəl pandemiya təhlükəsi barədə xəbərdarlıq edib.

Redaktor.az-ın məlumatına görə, bu barədə ABŞ-da dərc olunan “Klinik mikrobioloji tədqiqatlara baxış” jurnalının 2007-ci ilin oktyabr buraxılışında məqalə dərc olunub.

Məqalədə bildirilir ki, SARS-CoV kimi virusların təbii anbarı sayılan yarasaları istehlak etmək “saatlı bomba”nı işə salmağa bənzəyir. Yazı müəllifləri onu da vurğulayıb ki, ekzotik məməlilərin qidaya əlavə edilməsi Çinin cənubunda yaşayan sakinlərə xarakterik vərdişdir.

Xatırladaq ki, yeni növ virusa yoluxma ilk dəfə Çinin Uhan şəhərində qeydə alınıb.

ÜST-ün son məlumatına görə, 196 ölkədə ümumilikdə 416686 yoluxma halı qeydə alınıb. 18589 nəfər sağalıb. //Oxu.az