KORONAVİRUS: Avropada yaşlı insanlar öz vəsiyyətlərini yazdılar

 10:49 27.03.2020     1075

Dünyada bir gün ərzində 60 mindən çox insan yeni növ koronavirusa yoluxub. 

Redaktor.az bildirir ki, ABŞ yoluxanların sayına görə Çin və İtaliyanı geridə qoyub. ABŞ-da Covid-19 daşıyıcılarının sayı 85 mini keçib. Ölkədə ən çox yoluxma faktı Nyu-Yorkda qeydə alınıb.

Çində 3 gün fasilədən sonra ilk dəfə yerli sakin koronavirusun qurbanı olub. Daha 55 yoluxma qeydə alınıb.

İtaliyada bir gündə 712 nəfər koronavirusdan dünyasını dəyişib. Ölənlərin ümumi sayı 8 215-ə yüksəlib.

İspaniyada ötən gün 655 nəfər koronavirusun qurbanı olub.

İsveçrədə yaşlı insanlarının üçdə biri vəsiyyətlərini yazmağa başlayıblar. Onlar İtaliyada yaşananlardan təsirlənərək mal-mülklərini kimə bağışlayacaqlarını əks etdirən vəsiyyət yazırlar.