İranda güclü zəlzələ olub

İranın Kirman vilayәtinin Faryab rayonunda 5,4 bal gücündә zәlzәlә baş verib.
Redaktor.az bildirir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.
Zəlzələ yerli vaxtla saat 11:10-da, 14 km dərinlikdə qeyd alınıb.
Dağıntı və tələfat haqda məlumat verilməyib.