Rusiyada 145 mindən çox insan həkim nəzarətinə alınıb

 11:51 27.03.2020     1114

Rusiyada 145 mindən çox insan koronavirusa görə həkim nəzarətindədir.

Redaktor.az bildirir ki, bu barədə TASS “Rospotrebnadzor”a (“İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmət”) istinadən xəbər verib.

Rusiyada hazırda 145 134 nəfərin koronavirus şübhəsi ilə həkim nəzarətində olduğu bildirilir.

Eyni zamanda, ölkədə 223 509 nəfərin koronavirus testindən keçdiyi qeyd edilir.