Karantinə getmək istəməyən ailəni yanğınsöndürənlər apardı - VİDEO

 14:46 27.03.2020     1469

Karantindən imtina edən ailəni yanğınsöndürənlər təxliyyə edib.

Redaktor.az bildirir ki, hadisə Qazaxıstanda qeydə alınıb.

Bildirilir ki, Şaxtinsk şəhərindən olan ailə bir müddət əvvəl Misirdən qayıdıb. Onlar testdən keçməkdən imtina edərək, nə tibb işçilərini, nə də polis əməkdaşlarını evə buraxmayıblar. Nəticədə, yanğından mühafizə xidmətinə məlumat verilib.

Lakin yanğınsöndürən maşının pilləkəni ailənin yaşadığı mənzilin eyvanına söykəndikdən sonra ev sahibləri, nəhayət, qapını açıblar. Hadisə ilə bağlı görüntülər sosial mediada paylaşılıb.