İranda koronavirusdan ölənlərin sayı 2378-ə çatdı

İranda koronavirusdan ölənlərin sayı 2 378-ə çatıb.
Redaktor.az bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, son sutka ərzində virusa yoluxmuş 144 nəfər vəfat edib, virusa 2 926 yeni yoluxma faktı qeydə alınıb.
Ölkədə ümumilikdə COVID-19 virusuna yoluxanların sayı 32 332-yə çatıb.
Bu günədək virusa yoluxmuş 11 133 nəfər sağalıb.