Boris Conson koronavirusa yoluxdu

 15:35 27.03.2020     1439

Böyük Britaniyanın Baş naziri Boris Conson koronavirusa yoluxub.

Redaktor.az bildirir ki, Baş nazirin COVID-19 testi pozitiv çıxıb.

Məlumata görə, Baş nazir vəzifəsinin icrasını karantin vəziyyətində davam etdirəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl Şahzadə Çarlzın da koronavirusa yoluxduğu açıqlanıb. // APA