İtaliyada gün ərzində koronavirusdan 919 nəfər nəfər öldü

 21:48 27.03.2020     330

İtaliyada son gündə koronavirusdan 919 nəfər dünyasını dəyişib.

Redaktor.az bildirir ki, bu barədə İtaliyanın Mülki Müdafiə Agentliyi məlumat yayıb.

Ölkədə virusdan ölənlərin sayı 9134-ə çatıb. Son gün ərzində 5959 yeni yoluxma faktı qeydə alınıb ki, bununla da İtaliyada bu günədək COVID-19 virusuna yoluxanların sayı 86498 nəfərə çatıb.