Koronavirusa yoluxan 102 yaşlı kişi sağaldı

 16:46 28.03.2020     819

İranın paytaxtı Tehranda koronavirusa yoluxan 102 yaşlı kişi sağalıb.

Redaktor.az bildirir ki, İmam Xomeyni xəstəxanasında müalicə olunan şəxs evə buraxılıb.

1918-ci il təvəllüdlü olan kişi həkimlərə və ailəsinə təşəkkür edib.