ŞAD XƏBƏR: Koronavirusun dərmanı tapıldı

 18:55 28.03.2020     645

Rusiya Federal Tibbi və Bioloji Agentliyi koronavirus infeksiyasının müalicəsi üçün dərman preparatını təqdim edib.

Redaktor.az xəbər verir ki, bu, malyariya xəstəliyinin müalicəsində istifadə edilən “Mefloxin” preparatının əsasında hazırlanıb.

Qeyd olunub ki, bu işdə Çinin və Fransanın təcrübəsindən istifadə olunub.

Məlumatda istehsal edilən dərmanın ağciyərdə virusu tamamilə məhv edəcəyi bildirilir. Dərmanın xəstələr üzərində nə zaman istifadə olunacağı və bazara çıxacağı barədə məlumat verilməyib.