ABŞ-da koronavirusdan ilk körpə ölümü qeydə alınıb

 10:28 29.03.2020     325

ABŞ-ın Çikaqo şəhərində koronavirusa yoluxan 1 yaşı tamam olmamış körpə ölüb.

Redaktor.az-ın xəbərinə görə, indiyədək ABŞ-da koronavirusdan ölənlərin arasında körpə ölümü olmayıb və bu, ilk belə haldır. İllinoys ştatının Səhiyyə Departamentinin məlumatında qeyd olunur ki, hazırda körpənin ölüm səbəbi dərindən araşdırılır. //APA