İsraildə koronavirusdan ölənlərin sayı artdı

 06:06 30.03.2020     400

İsraildə COVID-19 virusuna yoluxanlar arasında ölənlərin sayı 15 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, cümə günündən etibarən 84 və 90 yaşlı iki qadın, həmçinin 92 yaşlı kişi koronavirusdan dünyasını dəyişib.

Hazırda koronavirusa yoluxan israillilərin sayı 3 865 nəfərdir, 65 nəfərin vəziyyəti ağırdır, sağalanlar isə 89 nəfər təşkil edir.