İNTİHAR: Nazir özünü qatarın altına atıb - Koronavirus sonu oldu... / FOTO

 00:55 30.03.2020     1492

Almaniyanın Hessen əyalətinin maliyyə naziri Tomas Şhaefer özünü sürət qatarının önünə atıb.

Redaktor.az xəbər verir ki, Xristian Demokratik Birlik Partiyasından olan siyasətçinin intihar etmə səbəbinin koronavirus olduğu məlum olub.

Nazir ölümündən əvvəl yazdığı  intihar məktubunda bildirib ki, koronavirus epidemiyasının ölkədə yaratdığı iqtisadi böhranla bağlı ümidsizliyə qapılıb.

Baş verən hadisədən sonra  Hessen əyalətinin baş naziri Volker Bouffier açıqlama verib. O bildirib ki, Tomas Şhaefer böhranın stressini yaşayırdı:

“Son günlər böhranla əlaqədar çox çalışdıq. O, böhranın stresini yaşayırdı. Xəbər bizi dərindən sarsıtdı. Çox təəssüf edirik. Şhaefer böhranla mübarizə aparmaq üçün gecə-gündüz işləyirdi. Belə dövrdə onun kimi təcrübəli biri bizə çox lazım idi".

Sevda Ulutau / Redaktor.az