Çinə gələn daha 30 nəfərdə koronavirus aşkarlanıb

 08:37 30.03.2020     1269

Son bir gündə Çində koronavirus qurbanlarının sayı dörd nəfər artıb, xaricdən gələnlərin isə daha 30 nəfərində (ümumilikdə 723) koronavirus aşkar olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Çinin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi açıqlama yayıb.

Məlumata görə, Çində koronavirusun yayılması başlayandan bəri yoluxanların 93%-i, o cümlədən son 24 saat ərzində daha 322 nəfər sağalıb. Ölkədə virusun yayılmasının iki ayı ərzində yoluxmuş insanların sayı 81,4 mindən çox, xəstəlikdən rəsmi ölüm səviyyəsi – 4%-dir (3,3 mindən çox insan ölüb). //APA